29 Noyabr 2024 13:31

Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Cəbrayıl Şəhərinin Günüdür!

Azadsöz.az  xəbər  verir ki, bu gün Cəbrayıl Şəhəri Günüdür.

Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Bu il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd ediləcək.

2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Qeyd olunduğu kimi Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl işğaldan azad olunub, Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhəddinə dövlət nəzarəti qismən bərpa edilib.

Parlaq Zəfər qazandığımız Vətən müharibəsinin başlanması və ondan sonrakı günlərdə əldə edilən qələbələrin hər biri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. 30 il ərzində düşmən işğalında olan və işğal illəri ərzində müxtəlif müdafiə sistemləri qurulmuş torpaqları 44 gündə düşməndən azad etmək heç bir kəsin, hətta hərbi ekspertlərin, beynəlxalq təşkilatların belə ağlına gəlməyən, ümumiyyətlə tarixdə bənzərinə rast gəlinməyən bir hadisə idi. Cəbrayıl şəhəri 44 günlük müharibə ərzində işğaldan azad olunan ilk böyük yaşayış məntəqəmiz olduğu üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər etmişlər. Tarixi səfər çərçivəsində ölkə başçımız bildirmişdir ki, Cəbrayıl rayonu üçün yeni böyük baş plan tərtib ediləcəkdir. Burada bütün inzibati-ictimai binalar, məktəblər, tibb ocaqları, bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Yaxın gələcəkdə Cəbrayıl öz doğma sakinlərini qəbul etməyə hazır olacaqdır.

Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Bunu cənab prezidentin ötən il Cəbrayıl rayonuna səfərləri zamanı bir daha şahidi olduq. Ötən 3 ildə ölkə başçımız Cəbrayıl rayonuna 7 dəfə səfər etmişdir. Bu səfərlərdə mühüm infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimləri olmuşdur. Həyata keçirilən bərpa-quruculuq işlərində tezliklə Cəbrayıl rayonuna gələcək vətəndaşların rahatlığı üçün bütün məsələlər nəzərə alınır. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir.

Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücünün başlıca gücüdür. Bu gün bütün dünya bütün bu işləri heyranlıqla izləyir. Əlbəttə ki, qazanılan bu uğurların arxasında isə mövcud güclü siyasi iradə və ordunun gücü dayanır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul