20 Sentyabr 2024 04:49

Beynəlxalq Astronavtika Konqresi 50 ildən sonra yenidən Bakıda-FOTO

Azadsöz.az  xəbər verir ki,  oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Kosmik texnalogiyalar sahəsində innovativ yeniliklərin müzakirəsinə həsr edilən Beynəlxalq Astronavtika Konqresi qlobal miqyasda etimad göstərilən mühüm tədbirlərdəndir. Bu baxımdan deyə bilərik ki, 74-cü konqresin Bakıda keçirilməsi həm də Azərbaycana olan böyük etimadın göstəricisidir. Eyni zamanda 100-dən artıq ölkəni təmsil edən 5 minə yaxın mütəxəssisin Bakıda toplaşması isə tədbirin beynəlxalq nüfuzunun göstəricisidir. Ölkəmizdə kosmik sənayenin inkişafına təkan verilməsi, beynəlxalq kosmik icma ilə təmasların intensivləşdirilməsi, həmçinin Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi bu konqresin Bakıda keçirilməsini şərtləndirən amillər siyahısındadır. Ölkəmizdə kosmik sənayenin daha da inkişaf etdirilməsi üçün sərmayələrin artırılması planlaşdırılmış istiqamətdə həyata keçirilir. Tədbirdə çıxışı zamanı Azərbaycanın 10 ildən artıq bir müddətdə beynəlxalq kosmos klubunda təmsilçiliyini, həmçinin 45 ölkəyə xidmət göstərən 2 telekomunikasiya və 1 Yer səthinin müşahidəsi peykinə sahib olması faktını qeyd edən dövlətimizin başçısı xüsusi şəkildə vurğuladı ki, bütün bu proseslər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur.

Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı ölkəmizin texniki imkanlarının təqdimatı ilə yanaşı, həm də siyasi yükü ilə diqqət çəkdi. Dövlətimizin başçısının çıxışı dünyanın aparıcı güclərinə, həmçinin Azərbaycanın dostlarına və düşmənlərinə ünvanlanmış siyasi mesajlarla zəngin idi. Qeyd olundu ki, Azərbaycanda kosmik sənayenin inkişafına uzun illər öncədən təşəbbüs göstərilib. Hətta Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə Ümummilli Lider Heydər Əliyev Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi üçün təşəbbüs göstərib. Məhz onun səyləri nəticəsində 50 il qabaq Astronavtika Konqresinin Bakıda keçirilməsi mümkün olmuşdur.

Prezident İlham Əliyev müstəqillik dövründə Azərbaycanın beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrildiyini eyni zamanda qeyd etdi, beynəlxalq ictimaiyyətin fəal üzvü kimi ölkəmizin siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirakını vurğuladı.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 85
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com