20 Sentyabr 2024 02:24

Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir.

Azadsöz.az,sentyabrın 29-da BMT-nın Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

3 il bundan əvvəl Zəngilan işğaldan azad olundu. Bu gün Zəngilanda hava limanı, konqres mərkəzi, məktəb və bağça fəaliyyət göstərir. Bu gün Zəngilan Şəhərsalma ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilanın timsalında Qarabağ və Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək.

Qədim diyarımız – Şərqi Zəngəzur məlum olduğu kimi sıfırdan inşa edilməkdədir. Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumu azad edilmiş ərazilərimizin inkişafın və bərpanın hərəkətverici qüvvəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycanın ev sahibliyi etdiyi milli səviyyəli Şəhərsalma Forumunun iqtisadi və ətraf mühit planlanmasını özündə ehtiva edən əlverişli platforma kimi dəyərləndirilməlidir. Ötən il Ağdamda, bu il isə Zəngilanda təşkil edilən Milli Şəhərsalma Forumu vasitəsi ilə üzv ölkələr və şəhər rəhbərləri Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün düzgün siyasətin həyata keçirilməsi baxımından mühüm məlumatlar əldə edə bildilər. Eyni zamanda burada aparılan müzakirələr növbəti milli forumlara hazırlıq prosesinə də təkan vermiş oldu. Bununla həmçinin Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir. Bu ərazilərdə qurub yaratmaqla məşğul olan Azərbaycan həm də öz niyyətini – sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir.

Forumun açılış mərasimində çıxış edən dövlət başçısı prezident İlham Əliyev Şərqi Zəngəzurun Azərbaycanın bütün Qarabağ bölgəsi kimi sıfırdan inşa edilməsi, 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi bu Forumun əhəmiyyəti, keçmiş məcburi köçkünlərin Zəngilanın Ağalı “ağıllı kəndinə” qayıtması, Zəngilanda aparılan işlər, onun mühüm nəqliyyat qovşağı kimi əhəmiyyəti, Zəngilan Beynəlxalq Hava Limanının inşası, bu ərazinin turizm potensialı, Horadizdən Zəngilana çəkilən dəmir yolunun əhəmiyyəti, burada həyata keçiriləcək pilot yaşayış layihəsi, pilot kənd təsərrüfatı layihəsi, vətəninə qayıdan insanların işlə təmin edilməsi perspektivi barədə qonaqlara geniş məlumat verdi.

Dövlətimizin başçısının çıxışında yer alan ən mühüm məqamlardan biri işğal dövründə beynəlxalq təşkilatların, dünya liderliyi iddiasında olan ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədiyini, xalqımızın başına gətirildiyi faciələrə biganə münasibət bəslənildiyini xüsusi vurğuladı. Cənab prezident qeyd etdi ki, əgər belə olmasaydı Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini çoxdan tapa bilərdi. Lakin bu baş vermədi. Daha doğrusu, Cənubi Qafqazda öz maraqları olan qüvvələr buna imkan vermədilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illər boyu icra olunmadı. Beynəlxalq ictimaiyyət başverənlərə qarşı biganə münasibət sərgiləyərək işğalçı dövlətə qarşı heç bir sanksiya tədbiq etmədi. Azərbaycan 28 il ərzində bərpa olunmasını gözlədiyi ədaləti özü, həm də cəmi 44 günə bərpa etdi.

Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri uğurla davam edir. 30 il işğala, vandalizmə və barbarlığa məruz qalmış tarixi torpaqlarımıza Azərbaycan dövlətinin gücü və qüdrəti sayəsində artıq həyat yenidən qayıdır.

Cənab prezident çıxışı əsnasında bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bugünədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. İşğaldan azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulub və tam inteqrasiya edilib. Azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Tezliklə Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır.

Beləliklə, sentyabrın 29-da BMT-nın Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu Qarabağ və Şərqi Zəngəzurun gələcəyinə dair viranlıqdan dayanıqlığa, inkişafa aparan strategiyanı bir daha bütün dünyaya bəyan etdi.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com