20 Sentyabr 2024 01:50

Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həmin dövrün hadisələrini düzgün qiymətləndirə bilməyən o dövürki iqtidar xalq qarşısında gündən günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən hakimiyyət özü belə xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Azərbaycan xalqı qanı, canı bahasına əldə etdiyi müstəqilliyi qoruya biləcək əvəzsiz lider Heydər Əliyevi Bakıya dəvət etdi.

1993-cü il oktyabrın 3-də Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifənin başlanğıcı qoyuldu. Ümummilli lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər apardı, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi tədbirləri yönündə mühüm işlər həyata keçirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan əsaslı islahatlar həyata keçirildi. Dövlət çevirilişlərinin qarşısının alınması, Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən xilas olunması, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məhz bu dövrdən başlayaraq reallaşdırılan siyasətin sayəsində baş verdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin gərgin və qətiyyətli səyləri, uzaqgörən və müdrik siyasəti nəticəsində həyata keçirildi və 30 il sonrakı tarixi Zəfərin təməlini qoydu. Heydər Əliyev şəxsiyyəti eyni zamanda Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoyan sipərə çevrildi. Zaman bir daha sübut etdi ki, həqiqətən, xalqını sevən və fövqəladə liderlik keyfiyyətləri ilə seçilən dövlət başçısı öz vətəninin taleyində həlledici rol oynamağa qadirdir. Məhz bu ali missiyasına görə Azərbaycan xalqı xilaskar və qurucu lider kimi Heydər Əliyevin ölkəmiz üçün gördüyü işləri daim qədirbilənliklə xatırlayacaq, öz Ulu öndərinin misilsiz xidmətləri qarşısında hər zaman minnətdar olacaqdır.

Bu gün xalqımız 30 il öncə qurtuluş yolu olaraq edilən seçimin – Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə əbədi həkk olunub.

Dahi şəxsiyyət 2003-cü ildə isə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli liderin əsasını qoyduğu strategiyanın zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə 200 illik tariximizin qələbə və zəfər salnaməsini yaratdı. Bu gün Ümummilli liderin arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub, qüdrətli və güclü Azərbaycanımız eyni zamanda geopolitik liderliyi ilə böyük tarixi Zəfərlərə imza atır.

Azadsöz.az

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com