Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Atəşkəs rejiminin pozulması ilə bağlı 1 fakt qeydə alınıb, Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patrul mövqeləri istiqamətində snayper silahından atəş açıb”, – deyə idarədən bildirilib.

Rusiya Federasiyası Müdafiə Nazirliyi də atışma nəticəsində xəsarət alan olmadığını bildirib. Hazırda Rusiya sülhməramlıları Azərbaycan nümayəndələri ilə birgə insidentlə bağlı araşdırma aparır.