19 Sentyabr 2024 05:22

Gizir şəhidimiz Pərvin Məmmədovun üçüncü ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın  ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Pərvin Məmmədov üçüncü ildönümüdür.

 Pərvin Rza oğlu Məmmədov 1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub.Həqiqi  hərbi xidmət başa vurduqdan sonra 2014-cü  ildə  Urfanə  xanımla  ailə həyatı qurur.Bu evlilikdən  2016-cı ildə  Ləman, 2019-cu  ildə  Zəhra  adlı  qız  övladları  dünyaya  gəlir.Pərvin  Məmmədov 2017-ci  ildə  “Gizirlik hazırlıq  kursu” na qəbul  olur,  həmin  kursu  bitirərək Gizir  rütbəsi  alıb, vətənə  layiqli xidmətə  başlamışdır.

Azərbaycan Silahlı Qüvvələrin giziri olan  şəhidimiz  2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ağdərə  istiqamətində gedən döyüşlərdə iştirak  edib.Oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub.Göyçayda Yeniarx kənd qəbirstanlığında dəfn edilib.

Ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamı ilə“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com