19 Sentyabr 2024 05:01

Şəhid Səməd Abdullayevin üçüncü ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, 44 günlük  Vətən  müharibəsində  qanı  ilə  tarix  yazaraq, şəhidlik  zirvəsinə ucalan Səməd Abdullayev üçüncü ildönümüdür.

Səməd Sədyar oğlu Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.Orta  təhsilini  Qaraxıdır  kənd tam orta məktəbdə  alıb. 2020-ci ilin iyul ayında   həqiqi hərbi xidmətə  çağrılıb.

O, hərbi  xidmətdə olan  zaman 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə  qatılıb.Füzuli , Cəbrayıl və Ağdərə   istiqamətində  gedən döyüşlərdə  iştirak  edib.Senytabrın  29-da sonuncu dəfə valideynləri  ilə   danışıb.Oktyabrın 2-də Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub.Göyçayın Qaraxıdır kəndində dəfn olunub.

Ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamı ilə  “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com