Azadsöz.az xəbər verir ki, Türkiyədə sülh və təhlükəsizliyi məhv etmək istəyən terrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin payız sessiyasının açılışında çıxışı zamanı deyib.
R.T.Ərdoğan bu gün səhər Ankarada baş verən terror aktını “terrorçuların son çırpınışlarından biri” adlandırıb və FETÖ və bu kimi terror təşkilatlarının Türkiyədə dirçəlişinin mümkün olmadığını vurğulayıb.
O, Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərə də diqqət çəkərək, Brüsseli qeyri-konstruktiv mövqeyindən, xüsusən də viza məsələsində, əl çəkməyə və Ankaraya verdiyi vədləri yerinə yetirməyə çağırıb.