Azadsöz.az xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sentyabr ayının 28-də Müskürlü kəndində qazi Məmmədov Rüstəm Ramazan oğlunu yaşadığı evdə ziyarət edərək onun səhəti, ailə-məişət qayğıları və problemləri ilə maraqlanıb.
İcra başçısı Şanlı Azərbaycan Ordusunun əsgəri kimi işğalçı erməni silahlı birləşmələrinə qarşı aparılan müharibədə göstərdiyi igidliyə görə ona təşəkkürünü bildirib.
Görüş zamanı qazimiz Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışıb və onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Rüstəm Məmmədov 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 02 noyabr 2023-cü il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatları zamanı yaralanıb.
Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Rüstəm Məmmədov “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.