Azadsöz.az xəbər verir ki, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda 2-ci liqada baş verən qayda pozuntuları ilə bağlı da qərarlar da açıqlanıb.
Adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin “Şahdağ Qusar”a qarşı 4-cü tur oyununda meydana çıxmasına görə “Cəbrayıl”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda, “Cəbrayıl” klubu 400 manat məbləğində cərimələnib.
Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.