20 Sentyabr 2024 01:51

Şəhid İntiqam Şirəliyevin üçüncü ildönümü qeyd olundu-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən  müharibəsində qanı  ilə  tarix  yazaraq  şəhidlik  zirvəsinə  ucalan  İntiqam Bəxtiyar oğlu Şirəliyevin üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, RİH başçısı aparatının məsul şəxsləri,  hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri  və şəhidin ailə üzvləri iştirak  ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıblar. Düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını  diqqətə  çatdırıblar.

Daha  sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Şirəliyev İntiqam Bəxtiyar oğlu 08.10.1997-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra  07.12.2019-cu il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır. 29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Səbuhi Eltonlu 

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com