Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən məlumata görə, bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonunda yerləşən 45 nömrəli şəhər poliklinikasında radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün bu tibb müəssisəsinə baxış keçirilib.
Baxış zamanı poliklinikada mövcud vəziyyətin radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi və “xüsusi icazə”nin alınmadığı nəzərə alınaraq, tibb müəssisəsinin balansında olan 1 ədəd rentgenoqrafiya və 1 ədəd portativ rentgen cihazının istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.