19 Sentyabr 2024 05:15

Əli Kərim parkında və Şəhidlər Xiyabanında növbəti işlər görülüb-FOTO

Azadsöz.az xəbər verir ki,  29 sentyabr tarixdə  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir  Şöbəsinin   işçi  kollektivi tərəfindən Göyçay şəhər  Əli  Kərim parkında  və Şəhidlər  Xiyabanında  növbəti  təmizlik  işləri  görülüb.

Parkın  ərazisinin və Şəhidlər  Xiyabanının  torpaq örtüyü  hamarlanıb, əkilmiş  şam, dekorativ ağacların və  gül  kollarının dibləri  bellənib.

Bununla  yanaşı gül  kollarının budanılması, qurumuş və  alaq otlarının  təmizlənməsi  işləri aparılıb, arxlardan yüksək təzyiqli nasoslar  vasitəsilə su  çəkilərək yaşıllıq  sahəsi  suvarılıb.

Qeyd  edək ki, Göyçay  rayonunda yaşıllıq zolaqlarının mühafizəsi və onlara aqrotexniki qulluq göstərilməsi müntəzəm davam etdirilir.

 

Səbuhi Eltonlu 

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com