19 Sentyabr 2024 04:54

28 il əvvəl əsgəri öldürən şəxs tutulub – RƏSMİ

Azadsöz.az xəbər  verir  ki, açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olub.

Bu barədə Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.

“Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan açılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılıb və sonradan icraatı dayandırılıb cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunub.

Həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edilərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilib və barəsində ittiham hökmü çıxarılıb”, – deyə X.Vəliyev bildirib.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com