19 Sentyabr 2024 05:13

44 günlük Vətən müharibəsinin xronikası: 29 sentyabr

Azadsöz.az xəbər  verir  ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin sentyabrın 29-na olan xronikasını təqdim edir.

– Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib.

– Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “instagram” səhifəsində paylaşım edib: Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin.

– Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb.

– Gecə ərzində gərgin döyüşlər davam edib: Düşmənin 1 tankı və 10 nəfərədək şəxsi heyəti məhv edilib.

– Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edib.

– Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Düşmənin 2 tankı eyni anda məhv edildi. Ermənistan ordusunun alayı darmadağın edilib. Ermənistan ordusunun daha bir zabiti məhv edilib.

– Ağdərə istiqamətində düşmənin tankı məhv edilib. Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com