21 Sentyabr 2024 03:49

Qənirə Paşayeva dəfn edildi-YENİLƏNİB (FOTO/VİDEO)

Azadsöz.az xəbər verir ki,  Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

Əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

xxx

10:58

Azadsöz.az xəbər verir ki, ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edilir.

Heydər Məscidində mərhumla vida mərasimindən onun nəşi İkinci Fəxri xiyabana gətirilib.

Hazırda Qənirə Paşayeva Il Fəxri xiyabanda son mənzilə yola salınır. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com