19 Sentyabr 2024 20:32

Göyçayda avtomobil yollarının kənarları tullantılardan təmizləndi-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  sentyabrın 28-də respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qarabaqqal və Şəhadət kəndlərinin ərazisindən keçən hissəsində, həmçinin rayonun məişət tullantıları poliqonunun kənarlarında rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal və Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin təşəbbüsü ilə keçirilən iməcliklər zamanı ərazilərdə kol-kosdan və tulantılarından təmizlənmə işləri aparılıb.

Bununla yanaşı rayon İcra Hakimiyyəti başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə nümayəndəliyə daxil olan Çərəcə kəndinin ərazisində təbii qaz xətlərinin üzəri və kəndin daxili yollarının kənarları kol-kosdan, alaq otlarından təmizlənərək səliqə-səhman işləri aparılıb.

Qeyd edək ki, Göyçay şəhərində aparılan abadlıq işləri ilə yanaşı kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən avtomobil yollarının kənarlarının tullantılardan təmizlənməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Səbuhi Eltonlu 

Gülşən Muradova

Zəka  Nağıyev

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com