19 Sentyabr 2024 20:41

Qarabağda yeni dövr başlayır

Azadsöz.az xəbər verir ki, Qarabağlı erməni separatçıların maliyyə mənbələrindən olan Ruben Vardanyan saxlandı. Xankəndindəki xuntanın əsas funksionerlərindən olan David Babayan Şuşaya yollanaraq təslim olacağını dedi. Xuntanın özü isə özünü buraxdığını bəyan etdi.

Cəmi bir sutkalıq əməliyyatlarla Azərbaycan nəyə nail oldu?
betvole giriş
Maraqlı sualdır.

Ölkəmiz və ilk əvvəl Azərbaycan Silahlı Qüvvələri postsovet məkanında ilk dəfə olaraq onillərdən bəri çözümü tapılmayan, danışıqlar yolu ilə nizamlanması mümkünsüz nəsnəyə çevrilmiş münaqişəni həll etdi.

Birdəfəlik, geridönüş və hər hansı formada yanlış interpretasiyalarla təhlillərə yer qoymadan.

Rəsmi Bakı verdiyi vədlərin istisnasız olaraq hamısına əməl etdiyini də göstərdi ki, həmin vədlərin arasında qarabağlı ermənilərin reinteqrasiyası, onillər boyu separatçı xuntanın girovuna çevrilmiş insanların normal yaşama başlamaları üçün dialoqun başlaması da vardı.

Dialoq dedikdə Azərbaycanın qarabağlı ermənilərin Xankəndindəki separatçı xuntası ilə danışıqlar masası arxasına oturması nəzərdə tutulmurdu: bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş proseslə “qarabağlı ermənilərin hüquq və təhlükəsizliyinin təminatı”nı əlavə edərək onların ikisini paralel qaydada, eyni müstəvidə tutmağa çalışsalar da, bu ssenari baş tutmadı.

Bakının qətiyyətli, bəzən də sərt mövqeyi nəticəsində sülh danışıqlarına paralel olaraq qarabağlı ermənilərə beynəlxalq vasitəçilərin seçilməsi prosesi başlamamış dayandı.

Çox sadə iki səbəbdən:

1. Qarabağlı ermənilər Ermənistan pasportu daşısalar da, Azərbaycan sakinləridir və dailoq yalnız həmin şəxslərin nümayəndələri – separatçı xunta nümayəndələri nəzərdə tutulmurdu – ilə Bakıdakı mərkəzi hakimiyyətin yetkililəri arasında ola bilərdi.

2. Qarabağlı ermənilərin illateral hüquqlarının və təhlükəsizliyinin təminatı üçün heç bir beynəlxalq vasitəçilik mexanizminə zərurət yoxdur – proses bütünlüklə, tamamən beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycanın daxili işi idi.

İndi ikili proses gedir və vəziyyət rəsmi Bakının tam nəzarətindədir. Proseslərdən biri qarabağlı ermənilərin müəyyən hissəsinin Azərbaycanı tərk edərək Ermənistana yollanmalarıdır ki, həmin şəxslər reinteqrasiyaya, ölkəmizin ümumvətəndaş pasportunu alaraq vətəndaşlığa yiyələnmək istəməyənlərdir.

Bu şəxslərin Xankəndi-Gorus marşrutunda, Laçın yolu ilə Ermənistana yollanmaları üçün gərəkli şərait yaradılıb. Onlar özləri də deyirlər ki, hər hansı təzyiq və ya vadaretmə ilə qarşılaşmırlar.

İkinci proses reinteqrasiyaya qatılmaq və Azərbaycanda qalaraq vətəndaş olmaq istəyən qarabağlı ermənilərlə bağlıdır ki, bu istiqamətdə işlər nəzərdə tutulmuş amplitudda gedir.

Həmin şəxslərə zəruri dəstək verilir, humanitar yardımlar göstərilir. Yardımların arasında Ağdam-Xankəndi marşrutu ilə hərəkət edən, ardı-arası kəsilməyən ərzaq, yanacaq, dərman preparatları və s. daşıyan maşınlardan ibarət karvanlardır.

Əslində, lokal antiterror tədbirləri olmaya da bilərdi: bunun üçün Xankəndindəki separatçı xunta Bakının xəbərdarlıqlarına ciddi yanaşmalı, təklifləri rədd etməməli, dialoqa başlamalı, separatçı “hakimiyyət”i buraxmalı, silahlı dəstələri tərksilah etməliydi.

Amma tam tərsi olmuşdu: separtçı xunta sırf humanitar yüklər üçün nəzərdə tutulmuş Laçın yolu ilə Ermənistandan sila-sursat, minalar daşıyır, rusiyalı sülhməramlıların nəzarət arealındakı ərazilərdə Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin rotasiyasını həyata keçirirdi.

Yeni səngərlər qazılır, istehkamlar inşa olunur, artilleriya və raket qurğuları mövqelərə yerləşdirilir, fasiləsiz daşımalar edilirdi.

Bəhs etdiyimiz məqamlara dəlalət edən onlarla videoçəkiliş mövcuddur: kadrlarda aşkar görünürdü ki, qarabağlı erməni separatçılar və Ermənistan hərbçiləri yeni hərbi əməliyyatlara hazırlaşırdılar.

Uzaqvuran artilleriya vasitələri, hava hücumundan müdafiə və radiolokasiya sistemləri, reaktiv yaylım atəşi kompleksləri – bütün bunlar “milli müqəddəratını təyinetmə hüququ uğrunda dinc mübarizə aparan” şəxslərin yox, 10 min nəfərlik silahlı dəstələrin arsenalı idi.

Qarabağlı separatçılar, Ermənistan və onları himayə edən dövlətlərlə beynəlxalq təşkilatların hazır ssenariləri də vardı. Belə ki, Xankəndindəki separatçı xunta Azərbaycanın lokal antiterror əməliyyatına başlayacağı təqdirdə mütləq şəkildə Ermənistanın proseslərə qarışaraq Azərbaycana qarşı hərbi əməliyyatlara başlayacağını, daha sonra isə MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Rusiya Federasiyasının, yaxud başqa təşkilatın və ya dövlətin hərbi kontingentinin areala yeridiləcəyinə əmin idilər.

Fəqət, lokal antiterror tədbirləri başlayan kimi Ermənistanın baş naziri Nikol Paşinyan baş verənlərin Azərbaycanın daxili işi olduğunu, Ermənistan Silahlı Qüvvələrinin – daha doğrusu, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonrakı qalıqların – Azərbaycana qarşı hər hansı formada hərbi əməliyyatlara başlamayacağını bəyan etdi.

Yəni İrəvan qarabağlı separatçılara yardımlardan boyun qaçırdı.

Azərbaycanın ildırım sürətli əməliyyatı çox qısa müddətdə uğurla başa çatdı və Bakı onillər sonra bütün ölkə ərazisi üzərində kontrolu bərpa etdi.

Tədbirlərin sırf hərbi yönlərinə gəldikdə isə, Azərbaycan Ordusunun düşmənə çox dəqiq zərbələr endirməsi nəticəsində əməliyyatın elə ilk saatlarında separatçılar həddən ziyadə ağır itkilər verdilər.

Antiterror tədbirləri çox yox, cəmi iki sutka da davam etsəydi, separatçı xunta ümumiyyətlə, məhv ediləcəkdi. Xankəndindəki xunta bunu anladığından Bakının şərtlərini qəbul etdiyini, kapitulyasiyasını bəyan etdi.

Hazırda tərksilah prosesi gedir: separatçıların ilk növdətə zirehli texnikaları və artilleriya qurğularını təhvil verməyə başlamaları göstəririr ki, qarşı tərəf yüngül atıcı silahlara malik paramilitar dəstələr yox, nizami ordu olub.

Tərksilah prosesi hələ davam edir və həddən ziyadə diqqətli, sayıq olmalıyıq.

Separatçıların bütün atıcı silahları, tank əleyhinə raket qurğularını, qumbaraatanları, minaları, qumbaraları, rabitə vasitələrini və s.-nin istisnasız olaraq hamısını könüllü təhvil verəcəyini düşünmək sadəlövhlük olardı. Onlar çoxsaylı gizli anbarlar, saxlanclar yaradıblar, diversiyalar və terror aktlarını həyata keçirmək üçün zəmin hazırlayıblar.

Bu səbəbdən də tərksilah prosesi sonadək, bölgənin tam silahsızlaşdırılmasınadək davam etdirilməlidir.

Bəhs etdiyimiz prosesin də qarşısının alınacağına, effektiv tədbirlərin görüləcəyinə şübhə yoxdur.

Bölgənin bərpası, rekonstruksiyası və normal yaşam şərtlərinə qaytarılmasına da başlamalıyıq. Yeni infrastruktur layihələrini gerçəkləşdirməklə, iş yerləri yaratmaqla reinteqrasiyaya razılaşaraq Qarabağı tərk etməyən ermənlərə onların həyatlarında yeni dönəmin yaşadığını göstərəcəyik.

Dönəm yeni, normal, adekvat, qorxusuz və bol perspektivli həyat deməkdir.

Qarabağ iqtisadi rayonunun dirçəlişi üçünsə bir sıra siyasi, humanitar və iqtisadi addımlar atılacaq.

Qarabağlı ermənilərin həyatı stabilləşəcək – bu, qaçılmazdır…

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com