Azadsöz.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Göyçay rayonunda da bir dəqiqəlik sükutla yad olunub.
Sükut dəqiqəsi zamanı nəqliyyatın və piyadaların hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.