Azadsöz.az xəbər verir ki, 26 sentyabr tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay Tarix-Diyarşünaslıq Muzeyində 44 günlük Vətən müharibəsinin başlanmasının 3-cü ildönümü ilə əlaqədar “Vətən məni çağırır!” adlı tədbir keçirilib.
Tədbirdə şəhid İntiqam Şirəliyevin anası Almaz Şirəliyev, Göyçay MİHİ-nin sədri Nəriman Məlikov,Hərbi komissarlığın nümayəndəsi Rəşad Məmmədov, tarixçi,şair-publisist Aqil Kəngərli, ”Azadsöz.az” saytının xüsusi müxbiri Gülşən Muradova, mədəniyyət müəssisələrinin əməkdaşları, Göyçay Dövlət Peşə Liseyinin tələbələri,Göyçay şəhər 5 saylı tam ortam məktəbin şagirdləri, müəllim kollektivi, qazi Araz Axundov iştirak ediblər.
İlk öncə Azərbaycan Dövlət Himni səsləndirilib, daha sonra Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən muzeyin baş fond mühafizi Nuranə Sultanova Ali baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi igidlikdən danışaraq,Azərbaycan xalqının ayağa qalxaraq bir yumruq kimi necə birləşməsini vurğulayıb.
Mərasimdə muzeyin direktoru Gülçin Babayeva,Hərbi komissarlığın nümayəndəsi Rəşad Məmmədov,tarixçi, şair-publisist Aqil Kəngərli, Göyçay MİHİ-nin sədri Nəriman Məlikov,Şəhid anası Almaz xanım, qazi Araz çıxış edərək, 27 sentyabr 2020-ci il tarixinin qələbəyə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər.
Daha sonra Göyçay şəhər 5 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik haqqında şeirlər səsləndiriblər.
Muzeyin elmi işçisi Humay Zülfüqarova gələn qonaqlara təşəkkür edərək, Vətənin məhz canından, qanından
keçməyi bacaran oğullar sayəsində var olduğunu diqqətə çatdırıb.
Sonda anım gününə həsr edilmiş videoçarx nümayiş olunub.