Azadsöz.az xəbər verir ki, Ankarada Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun (TÜBİTAK-SAGE) müəssisəsində partlayış baş verib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, kimyəvi tullantıların səbəb olduğu ehtimal edilən partlayış nəticəsində bir nəfər həyatını itirib.
Faktla bağlı araşdırmalara başlanılıb.