Azadsöz.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Naxçıvana bir günlük səfər edəcək.
Prezidentlər arasında keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, İlham Əliyev və Ərdoğan Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəklər.