Azadsöz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-də görüşəcəklər.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurası açıqlayıb.
Qeyd olunub ki, ölkə liderlərinin görüşü İspaniyanın Qranada şəhərində baş tutacaq.
Görüşü təşkil etmək üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan TŞ-nin katibi Armen Qriqoryan, Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel sentyabrın 26-da bir araya gələcəklər.