20 Sentyabr 2024 01:42

Müxtəlif internet resursları vasitəsilə vətəndaşlara yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir

Azadsöz.az xəbər verir ki,  son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com