20 Sentyabr 2024 04:10

Natiq Ağayev şəhidlərin ailələrini ziyarət edib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, sentyabrın 19-da Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 44 günlük Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində şəhidlər Hüseynov Xəyyam Hüseyn oğlu, Mayılov Rüfət Bəhram oğlu, Ömərli Kənan Elxan oğlu, Nadirov Fərid İlyas oğlu, Əliyev Azər Elnur oğlu, Kərimli Azad Elşad oğlunun ailə üzvləri ilə görüşüb.

Görüşdə rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizlik Xidmətinin Göyçay rayon şöbəsinin rəisi, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, YAP Göyçay rayon təşkilatının sədri də iştirak edib.

Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını qeyd edərək bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildirib.

Rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com