19 Sentyabr 2024 20:13

Hava nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlandı

Azadsöz.az xəbər verir ki,  bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyard 170 milyon 5 min ABŞ dolları dəyərində 65 min 357 ton yük daşınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 8,4% və 5,4% çoxdur.

Hesabat dövründə hava nəqliyyatı ilə 200 milyon 505 min ABŞ dolları dəyərində 57 min 767 ton yük ixrac olunub. Son 1 ildə ixracın dəyəri 0,4% azalıb, həcmi 4,1% artıb.

8 ay ərzində Azərbaycana hava nəqliyyatı ilə idxal olunan yüklərin isə dəyəri 969 milyon 499 min ABŞ dolları, həcmi 7 589 ton olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 10,4% və 16,8% çoxdur.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com