20 Sentyabr 2024 09:57

Görün, bizə Kim şərt qoyur…(FOTO)

Azadsöz.az xəbər verir ki,  ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin sədri Robert Menendesin təşəbbüsü və sədrliyi ilə Senatda qarabağlı ermənilərin vəziyyəti ilə bağlı dinləmələrdə absurd yaşanıb.

“Dağlıq Qarabağdakı böhranın dəyərləndirilməsi” adlı dinləmələrdə demokrat senator R.Menendes həmişəki ampluasına sadiq qalıb.

Aşkar ermənipərəstlik, isterika, ifrat və saxta emosionallıq, uydurmaların fakt kimi qələmə verilməsi, qərəzli davranışın maksimal həddi – bu, 69 yaşlı Menendesin dinləmələrdəki davranışı idi.

Dinləmələrin hansı məcrada getdiyi, Senatın beynəlxalq münasibətlər komitəsinin də üzvlərinin cəlb olunduğu bu vakxanaliyada nələrin baş verdiyini anlamaq üçün, sadəcə, müzakirələrin adını bir daha oxumaq yetər.

“Dağlıq Qarabağ” ifadəsini işlədən və qarabağlı ermənilərin guya “çox ciddi, humanitar fəlakət kimi dəyərləndirlə biləcək problemlərlə üzləşdiyini” fasiləsiz təkrar edən R.Menendesin sözlərinə görə, həmin ermənilər “Azərbaycan tərəfdən soyqırıma məruz qalırlar”.

Robert Menendesin belə isterikasına, antalya escort proseslərə qərəzli yanaşmasına təəccüblənməyə dəyməz.

Ermənipərəstlik də rast gəlinən sindromdur: anqlofillik, rusofillik, frankofillik kimi. Yaponları və ya perulu hinduları da çox sevən insanlar var, qeyri-adi heç nə yoxdur.


Lakin ermənipərəstlik idiotizm səviyyəsinə qalxırsa, beynəlxalq hüquqla təsbit olunmuş prinsiplərlə çərçivələrdən zərrə qədər kənara çıxmayan Azərbaycana qarşı sərsəm ittihamlar irəli sürülürsə, bu, artıq siyasi ikiüzlülük, saxtakarlıqdır.

1995-ci ildə ABŞ Konqresindəki “Erməni məsələləri üzrə komitə”nin ən fəal üzvlərindən biri olan R.Menendes Bakıya qarşı aşkar düşmən mövqedədir.

Məsələn o, ABŞ-ın Azərbaycana helikopterlər satmasına sanksiya verən qətnamənin əleyhinə səs vermiş, eskort atakoy senatorları da bu mövqe tutmağa “dəvət etmişdi”.

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna təyinatına də ən ucas səslə, qətiyyətlə etiraz edən Robert Menendes olmuşdu.

Bunları unutmadığımızdan Menendesin dinləmələrdəki davranışını, məntiq, hüquq, etika və mənəviyyatdan kənar açıqlamalarını təəccüblə qarşılamırıq.

Fəqət bu məzhəkədə ABŞ dövlət katibinin müavininin köməkçisi səlahiyyətlərini icra edən Yeri Kimin çıxışı “maraqlı” idi.

“Azərbaycana çox açıq və çox aydın messic verməliyik. Laçın dəhlizi dərhal açılmalıdır. Dərhal, bir an öncə. Habelə, qarabağlı ermənilərə qarşı istənilən formada hərbi və ya aqressiv hücumlar yolverilməzdir”, – Yuri Kim deyib.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin yardımçısı postunda səlahiyyətləri icra edən, əslən koreyalı olan amerikalı diplomat qadının siyasət qaydalarından və diplomatik etikadan çox uzaq bu açıqlaması diqqətəlayiqdir.

ABŞ-ın Quamda və Albaniyada səfiri postlarında çalışmış Yuri Kim təbii ki, Qarabağ münaqişəsinin tarixinə, proseslərin xronoloji ardıcıllığına və məzmununa, səbəblərə və nəticələrə, habelə qüvvələr nisbətinə və bölgədəki mövcud geosiyasi reallıqlara bələd deyil.

Bələd olmasa da, Robert Menendesin təşkil etdiyi şouda tapşırılmış rolu oynamağa çalışıb və unudub ki, onun açıqlamaları sadəcə, Yuri Kimin fikri yox, Dövlət Departamentinin mövqeyi qismində qəbul edilmir.

Siyasi kurtizankalığı çoxdan bəlli olan Menendesin ABŞ-dakı erməni diasporunun sifarişi və maliyyəsi ilə təşkil etdiyi bu şouda əslində yeni heç nə deyilmədi. “Qarabağlı ermənilərin blokadası”, “dəhlizlər” və “soyqırım” barədə artıq klişeyə çevrilmiş sərsəm iddialar təkrarlandı.

Yuri Kim isə ümumiyyətlə, əfsuslar olsun ki, bütün hədləri aşdı və diplomatiyanın bəlirlədiyi cızııqlardan çıxdı.

Azərbaycan qarşısında ultimatum qoyan, Bakını nəyəsə vadar etməyə çalışan, ölkəmizə xitabən “Dərhal!”, “Bir an öncə!” sözlərini deyən Yuri Kim deyəsən, reallıq hissini tam itirib.

Bu amerikalı diplomat Azərbaycanı açıq şəkildə hədələyib.

Bəlkə düşünüb ki, qaşlarını çataraq barmaq silkələyəndən sonra Bakı qorxuya düşəcək, Laçın yolundakı sərhəd nəzarət-buraxılış məntəqəsini ləğv edəcək, Azərbaycanın suverenliyi və sərhəd toxunulmazlığı prinsiplərini, beynəlxalq hüququn şərtlərini unudaraq Ermənistanla şərti dövlət sərhədimizdə “dəlik” yaradacaq?

Yuri Kim anlamır ki, Azərbaycanla bu tonda, bü lüğətdə, bu formada danışmaq mənasız, fəsadlı və irrasionaldır.

ABŞ-ın dövlət katibi Entoni Blinken belə, rəsmi Bakı ilə təmaslarda Kimin davranışının zərrə qədərini təkrarlamağa cürət etməyibsə, Yuri Kim nə düşünür və ya nəyə bel bağlayır?!

Robert Menendesin şousu heç bir nəticə verməyəcək.

ABŞ-dakı erməni diasporu isə pullarını Yuri Kim kimi koqnitiv dissonanslı, gerçəkləri dərk etməkdə ciddi problemləri olan, diplomatdan daha çox həyasız ara qadınını xatırladanı “dinləmə” adlı şouya dəvət etməyə xərcələməkdənsə, gələn dəfəki şouda ABŞ Müdafiə Nazirliyinin 5-ci mərtəbəsinin təmizliyinə cavabdeh xadimələr dəstəsinin üzvünün 2-ci köməkçisinin 5-ci yardımçısını, yaxud ABŞ prezidenti Co Baydenin itinə yem alanın baldızının qardaşının qonşusunu, yaxud da heç olmasa, “System Of Down” qrupunun solisti, irqçiliklə Azərbaycana düşmənçilikdə debilizm həddinə çatmış Serj Tankyanı çağırsınlar.

Yuri Kim o qədər ermənilərlə sıx əlaqələrini, intensiv təmaslarını gizlədə bilmədiyindən onun kimlərin sifarişi ilə nə deyəcəyi əvvəlcədən asanlıqla təxminlənən məsələdir.

Ən azı ona görə ki, Amerika Erməni Milli Komitəsinın (ANCA) Aram Hamparyan sözügedən dinləmələr ərəfəsində sosial şəbəkələrdə paylaşımlar edərək “Azərbaycanı çox ciddi zərəb gözləyir – Kim bizi dəstələyəcək, sözümüzü deyəcək” tipli paylaşımlar etmişdi.

Belə anonsdan sonra Yuri Kim Birləşmiş Ştatlardakı erməni diasporunun “gözləntilərini doğrultmaq” üçün məlum çıxışı etməyə bilməzdi.

Lakin medalın digər tərəfi də var – aversdən bəhs etdiksə, reversdən də danışmalıyıq.

Dövlət Departamenti sadəlövhlər və diletantların toplaşdığı məkan deyil. Yuri Kim dinləmələrdə belə aqressiv çıxışını mütləq şəkildə rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmalıydı.

Görünən budur ki, ABŞ Dövlət Departamenti Azərbaycana iki istiqamətdən təsir etmək istəyir: bir tərəfdə Entoni Blinkenin “sülh, stabillik və regional inkişafı şərtləndirəcək sülh sazişinin imzalanmasına yönəlmiş” sivil diplomatiyası və Azərbaycanla Ermənistan arasında anlaşmaya nail olmaq prosesində Vaşinqtonu əsas vasitəçi etmək cəhdləri, digər tərəfdə isə Yuri Kimin isterik tələbləri.

Bu, klassik “yaxşı və pis müstəntiq” taktikasıdır, amma Azərbaycan tam müstəqil, suveren xarici siyasət yeritdiyindən və Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları formalaşdırdığından rəsmi Bakıya qarşı belə bəsit oyunlar mənasızdır.

Özü də tamamən mənasız…

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com