03 May 2024 15:25

Fərqliliyimiz Uğurumuzdur

Tədris ili 15 sentyabrda başlayır – ƏMR

Azadsöz.az xəbər verir ki, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayevin 2023/2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrdə bildirilib.

2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.