03 May 2024 10:46

Fərqliliyimiz Uğurumuzdur

Ərdoğan Paşinyanla danışıqlar aparacaq

Azadsöz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı vəziyyətlə bağlı danışıqlar aparmağa hazırlaşdığını bildirib.

Bu barədə o, G20 Liderlər Zirvəsindəki çıxışı zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın addımları doğru deyil.

“Ermənistanın atdığı addımlar düzgün deyil. Bunu qəbul etmək mümkün deyil. Biz də buna müsbət baxmırıq. Sabah Paşinyanla danışacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir “seçki”nin qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkələrin heç biri bunu qəbul etmir”, – Ərdoğan bəyan edib.