Azadsöz.az xəbər verir ki, Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib.
Səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.
“Qanunun 83 deputat lehinə, 23-ü əleyhinə səs verib”, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrinə yekun vurarkən bildirib.
Qeyd olunub ki, təhlükəsizlik tədbirləri Gürcüstan parlamentində “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi ilə əlaqədardır. Belə ki, qanun layihəsinə etiraz edənlər daha əvvəl parlament binasının qarşısında toplaşıblar. Gürcüstan polisi 14 etirazçını saxlayıb.