20 Sentyabr 2024 06:48

Göyçayda şəhid atası vəfat ETDİ-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonunun Mirzəhüseynli kənd  sakini 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə  şəhid olan  Nəsimi Əliyar oğlu İsmayılovun atası Əliyar İsmayılov  bu gün  vəfat edib.

Qeyd  edək  ki, şəhidimizin atası  Ə.İsmayılov Mirzəhüseynli kənd dəfn olunub.

Xatırladaq ki,  Nəsimi  İsmayılov 1974-cü il fevralın 19-da Mirzəhüseynli kəndində  anadan olub.1993-cü  ildə Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunu (indiki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci) bitirib, hərbi xidmətə yola düşüb.

Füzuli rayonuna  göndərilib. Rayonun  Seyidəhmədli  kəndi  uğrunda gedən döyüşlərdə ağır yaralanıb  və iki gündən sonra şəhid olub.Mirzəhüseynli kəndində  torpağa  tapşırılıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com