“Azadsöz.az” erməni KİV-lərinə istinadən xəbər verir ki,Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Regiondakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
Baş nazir gərginliyin azaldılması istiqamətində Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu bildirib.
Ermənistan-İran ikitərəfli gündəliyi ilə bağlı məsələlər də müzakirə edilib.
Qeyd edək ki, bu, Paşinyanın Fransa və Almaniya liderlərinə zəngindən sonra gün ərzində üçüncü telefon danışığıdır.