Azadsöz.az xəbər verir ki, 28 may- Respublika Günü münasibətilə Göyçay Bayraq Muzeyində Cumhuriyyət tariximiz adlı dəyirmi masa keçirilib. Tədbirdə Azadsöz.az xəbər saytının təsisçisi və baş redaktor Səbuhi Eltonlu, Göyçay rayon qəzetinin baş redaktoru Anar Nağıyev,Göyçay Bayraq Muzeyinin direktoru Nicat Mahmudov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay üzrə direktoru Çoşqun İsmayılov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay üzrə Nümayəndəliyinin Layihələr və Tədbirlər üzrə mütəxəssisi Muxtar Osmanov iştirak ediblər.
Göyçay Bayraq muzeyi ilə tanış olan qonaqlara muzeyin rəhbəri Nicat Mahmudov muzeylə bağlı ətraflı məlumat verib.Nicat Mahmudov bildirdi ki, “2017 , 2018-ci illər ərzində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən muzey inşa olunub.Tikinti işləri 2019-cu ildə tam olaraq başa çatıb.Həmin ilin 9 noyabr tarixində yəni, Dövlət Bayrağı günündə sözügedən muzeyin açılışı olub.
Muzeyin ümumi sahəsi 360 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur”.
Daha sonra N.Mahmodov, C. İsmayılov, S. Eltonlu çıxışlarında 103 il Cümhuriyyətin keçdiyi yola nəzər salaraq, AXC-nin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini və ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını söyləyib.