Azadsöz.az xəbər verir ki, futbol üzrə Avropa çempionatının kuboku Bakıya gətiriləcək.Qeyd olunur ki, kubok yarışların keçiriləcəyi şəhərlər üzrə tur çərçivəsində mayın 7-8-də Bakıda nümayiş etdiriləcək.
Kubok daha sonra Bakıdan Kopenhagenə yola düşəcək.
Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakıda qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı keçiriləcək.
Yarımfinal və final matçları Londonda baş tutacaq.