Azadsöz.az xəbər verir ki, Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru təyin edilib.
O, bu vəzifədə Elçin Niyazovu əvəz edib.
T. Pirverdiyev, “Azercell Telecom” şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.