08 Sentyabr 2024 03:25

Tanınmış məşqçi vəfat etdi

Azadsöz.az xəbər verir ki, Otüstü hokkey üzrə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” Tacəddin Sədiyev   74 yaşında vəfat edib. 

Tacəddin Hicrət oğlu Sədiyev 1949-cu il oktyabrın 13-də Xudat rayonunun Həbib kəndində anadan olub. 1964-cü ildən Sumqayıtda yaşayıb. 1986-cı ildən 1989-cu ilədək “Azərittifaq”ın “Sumqayıt” komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. 1989-cu ildən 1992-ci ilədək isə “İnşaatçı” komandasında məşqçi işləyib. SSRİ idman ustası və Azərbaycanın Əməkdar məşqçisidir. İdman üzrə birinci kateqoriyalı məşqçi-müəllim olub.