Azadsöz.az xəbər verir ki, Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Bildirilib ki, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.
Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.
Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər ölüb.