Azadsöz.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yekun sülh sazişi prosesində maneələr yaratmaqla yanaşı, prosesi ümumiyyətlə, dayandırmaq fikrindədir
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarət arealında yaşayan qarabağlı ermənilər “sonadək mübarizə”, “fasiləsiz mübarizə” və s. tipli şüarlarla müşayiət olunan ritorikanı daha da aqressivləşdiriblər.
Xankəndindəki xuntanın artıq sabiq rəhbəri, Ermənistanın baş naziri Nikol Paşinyanın kadrı Araik Arutyunyan hakimiyyətdən “könüllü” uzaqlaşdırılandan sonra separatçılar aktivləşiblər.
Xuntanın keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanın birləşməsi, onlara Rusiyanın Xankəndinə ezam etdiyi Ruben Vardanyanın da qoşularaq yeni güc mərkəzi formalaşdırmağa çalışmaları aydındır. Məqsəd qarabağlı ermənilərin separatizminə beynəlxalq arenada dəstəyə nail olmaq və problematikanı humanitar müstəvi adı ilə aşkar siyasi məkana keçirməkdir.
Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın aktivləşmələrini də nəzərə alsaq, qarabağlı ermənilərin İrəvandakı siyasi elitaları ilə Ruben Vardanyan arasında situativ müttəfiqliklə bağlı anlaşma əldə olunub.
Onların əsas məqsədi Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinə yönəlmiş prosesi dayandırmaq, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyasını mənasız müzakirələr səviyyəsinə endirmək, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına isə ümumiyyətlə, imkan verməməkdir.
Ermənistan ordusunu sürətlə reanimasiya edərək silahlandırmağa yönəlmiş proseslərə təkan verən Hindistan ermənilərlə hərbi-texniki əməkdaşlıq həcmini mövcud 440 milyon dollardan 1 milyard dollara çatdırmağa hazırlaşır.
Yunanıstan ermənilərlə və Hindistanla yeni geosiyasi trio yaradaraq bu minvalla Cənubi Qafqaz regionunda ciddi imkanlara malik Azərbaycan-Türkiyə-Pakistan-İsrail dördlüyünə mane olmaq fikrindədir.
Fransanın mövqeyi bəlli: prezident Emmanuel Makron ermənilərə tam, hüdudsuz siyasi və geosiyasi dəstək verərək Rusiya Federasiyasının Cənubi Qafqaz regionundan çıxmasına can atır.
Parisin bölgə ilə planlarında güclü Azərbaycan yoxdur. Eyni zamanda, həmin planlarda Rusiyanın regiondan çıxarılmasından sonra Moskvanın yerini Parisin tutması ehtiva edilir.
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarının mahiyyətinin, açıqlamalarının məzmununun və ümumiyyətlə, ritorikasının son vaxtlar kəskin şəkildə dəyişməsi də onun Fransanın siyasi vədlərindən ruhlanaraq illüziyaya qapıldığına dəlalət edir.
İtaliyanın “La Reppublica” qəzetinə verdiyi müsahibəsində N.Paşinyan indiyədək söyləməyə cürət etmədiyi fikirləri açıq deyərək rəsmi İrəvanın yaxın perspektivə hesablanmış niyyətlərini aşkarlayıb.
“Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatda onlara həvalə edilmiş missiyanı yerinə yetirmir və bu, ciddi narahatlıq doğurur. Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımazsa, bu o deməkdir ki, heç vaxt sülh olmayacaq. Əgər sülh müqaviləsi Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmirsə, o zaman bu razılaşmanın mənası olmayacaq. Ermənistan ictimaiyyəti KTMT-nin davranışından dərin məyusluq yaşayıb və yaşamaqda davam edir, məhz bu səbəbdən biz 2022-ci ildə KTMT-nin payız sammiti zamanı bir sıra sazişləri ratifikasiya etməmişik. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və Qarabağ probleminin həlli kontekstində Avropa İttifaqı və Qərb tərəfindən artan maraq və fəallıq müşahidə olunur. Hazırda İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu mühakimə etmək çətindir. Danışıqlar prosesi aktivdir, lakin mürəkkəb məsələlər həll olunmamış qalır”, – N.Paşinyan deyib.
O, daha sonra bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və “Dağlıq Qarabağ məsələsinin nizamlanması” sən demə, “bilavasitə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağadan asılıdır”.
Paşinyan daha sonra Azərbaycanı “qarabağlı erməniləri deportasiya etmək istəyində” suçlayıb: “Laçın yolunun blokadasının yaratdığı humanitar böhranın kökündə bu istək durur”.
Sonda isə o, Bakını hədələyib: “Laçın yolunun dərhal açılması, yolda hər iki istiqamətdə sərbəst hərəkətin təmin edilməsinin məcburiliyi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarı var. Əgər məhkəmənin məcburi qərarı icra edilmirsə, bunun çox ciddi fəsadları ola bilər”.
Beləliklə, Nikol Paşinyanın aşkar şəkildə Vaşinqton və Brüsseldə əldə edilmiş razılaşmalardan geri çəkilərək danışıqlar prosesində yeni, tamamilə absurd formatın yaradılmasına can atdığı bəlli olur.
Olmayan “Dağlıq Qarabağ”dan bəhs edən, qarabağlı ermənilərin ritorikasının daha da aqressivləşərək sərtləşməsini normal, hətta labud məsələ hesab edən Ermənistanın baş naziri bu minvalla vəziyyəti qəsdən gərginləşdirir.
Ermənilər nədərsə heç cür dərk etmək istəmirlər ki, vədlər və o vədlərin yaratdığı əminlik illüziyadır. Azərbaycan hələlik səbrlə davranır, aşkar qarşıdurmaya getmir və rəsmi Bakı yeni hərbi əməliyyatların təşəbbüskarına çevrilmək istəmir.
Lakin hadisələrin axarı və proseslərin məzmunu erməni revanişizminin müalicəsiz xəstəlik olduğuna inamı günbəgün artırır.
Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Robert Köçəryan, Serj Sarqsyan və digər revanşistlər qarabağlı erməniləri yenidən İrəvanda hakimiyyətə gətirmək üçün çalışır, qarabğlı erməni separatizminin ritorikasını sərtləşdirirlər.
Halbuki bütün bunlar elə həmin separatizmin məhv ediləcəyi günü sürətlə yaxınlaşdırır.
O cümlədən Nikol Paşinyanın yarıtmaz, qorxaq, həyasız və diletant siyasəti nəticəsində…