16 Sentyabr 2024 23:04

Şəhid Fuad Xalidovun doğum günüdür

Azadsöz.az xəbər verir ki, bu gün  Birinci Qarabağ müharibəsində  torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Fuad Faiq oğlu Xalidovun doğum  günüdür.

Fuad Faiq oğlu Xalidov 1973 – cü il sentyabrın 1 – də Göyçay rayonunun Çayarxı kəndində anadan olub. Orta  təhsilini  kənd ort məktəbdə aldıqdan sonra Göyçay  rayon 58 saylı Texniki peşə məktəbində sənətə yiyələnir.

Bir müddət kənddə əmək fəaliyyəti ilə məşğul olur.Daha  sonra  Nizami adına Narçılıq sovxozunda əmək fəaliyyətilə məşğul olur. Elə oradan da hərbi xidmətə yola düşür.

Fuad  Xəlilov  əvvəlcə Kəlbəcər  rayonunun  Qılınclı və Ağdaban kəndlərində, sonra isə Ağdərə  rayonunun  Zəylik, Artek, Umudlu kəndlərində gedən döyüşlərdə iştirak edir.1992 – ci ilin iyulunda Vaqauz kəndi ətrafında baş verən döyüşlərdə şəhid olub.Doğulduğu  Çayarxı kəndində  dəfn olunub.