30 Noyabr 2024 04:41

“ASAN xidmət” Göyçayda

Azadsöz.az xəbər verir ki, 4 sentyabr 2023-cü il tarixindən  “ASAN xidmət” Göyçay rayonunda əhaliyə xidmət göstərməyə başlayacaq.

Göyçay, Ucar və Ağdaş rayonlarının sakinləri   bir ay  müddətinə  onlar üçün təşkil edilən “ASAN xidmət”in fəaliyyətindən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Sakinlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmət göstərilir.

Qeyd  edək ki,  səyyar şəkildə  “ASAN xidmət” Göyçay rayonunda 30 sentyabr  2023-cü il  tarixinə  kimi  vətəndaşlara  xidmət  göstərəcək.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul