Azadsöz.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəbn Tayyib Ərdoğanla strateji tərəfdaşlıq müqaviləmiz var.
TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Albaniyanın baş naziri Edi Rama Albaniyanın Türkiyə və Yunanıstanla münasibətləri ilə bağlı açıqlamasında deyib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla strateji tərəfdaşlıq müqaviləmiz var. Ərdoğan heç vaxt yunan əleyhdarı olmayıb. Yunanıstanın üzləşdiyi ağır böhran zamanı o, bu vəziyyətdən istifadə edib daha da gərginlik yaratmadı, çünki o, Yunanıstanı məhv etmək istəsəydi və ya niyyətində olsaydı, yaranmış gərginlikdən istifadə edərdi, amma etmədi. Doğrudan da, mən prezident Ərdoğanda Yunanıstana və yunan xalqına qarşı pis niyyət görməmişəm”,- deyə Albaniyanın baş naziri bildirib.
Xatırladaq ki, Albaniya ilə Türkiyə arasındakı diplomatik əlaqələr 1923-cü ildən bəri qurulub.