Azadsöz.az xəbər verir ki, bu gün axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Göyçay rayonunun Qaraməryəm kəndini fəsadlara səbəb olub.
Güclü yağış nəticəsində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb. Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb.
Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür.