Azadsöz.az xəbər verir ki, bu gün axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları dağətəyi ərazidə yerləşən Göyçay rayonunun Qarabaqqal kəndində fəsadlara səbəb olub.
Belə ki, sel poliqona yığılan məişət tullantılarını, şüşə, plastik butulkaları və polietilen torbaları yuyaraq, yaxınlıqdakı Qarabaqqal və Bığır kəndlərinin suvarma arxlarına töküb, ətrafa səpələyərək poliqona gedən yolu iflic edib.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunaraq, hərəkətin bərpa edilməsinə çalışılır.