19 Sentyabr 2024 20:24

ABŞ-da 5 mindən çox reys ləğv edildi

Azadsöz.az xəbər verir ki, ABŞ-nin Kaliforniya əyalətinin cənubunda “Hilari” qasırğası daşqınlarla nəticələnən şiddətli yağışlara səbəb olub.

Əlverişsiz hava şəraiti ABŞ-nin xüsusən San-Dieqo aeroportunda və Nevada ştatındakı Harri Rida aeroportunda mindən çox aviareysin ləğv edilməsinə səbəb olub. Təxminən 5 min reysdə isə gecikmələr olub.

Meksikanın Santa-Rosaliya şəhərində isə ən azı bir nəfər təbii fəlakətin qurbanı olub. O avtomobilin su axınına çevrilməsi nəticəsində həlak olub.

Qasırğa nəticəsində ölkənin bir çox hissəsində elektrik naqilləri kəsilib, ağaclar aşıb.

ABŞ-nin Kaliforniya və Nevada ştatlarında qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com