Azadsöz.az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,6 faiz, real ifadədə 16,9 faiz artaraq 1 milyard 773,3 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,1 faiz), Türkiyəyə (28,9 faiz), Gürcüstana (10,2 faiz), İsveçrəyə (3,9 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Özbəkistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,1 faiz), Çinə (1,1 faiz), Belçikaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.