30 Noyabr 2024 09:43

Azərbaycanda elektrik enerjisi sahəsində 1,7 faizlik artım olub

Azadsöz.az xəbər verir ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda bu ilin yanvar-iyul aylarında 1743,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 318,9 milyon manat təşkil edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul