Azadsöz.az xəbər verir ki, yanvar-iyul aylarında ölkədən 13 milyard 413,7 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 934,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 12 milyard 704,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 8 milyard 219,9 milyon dollar olub.