Azadsöz.az xəbər verir ki, Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.
“Rusiyadakı həmkarlarımıza Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib”, – məlumatda bildirilir.