Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki hərbi qulluqçuya “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamlarla polkovnik Babək Mürsəl oğlu Ələkbərova və polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.