16 Sentyabr 2024 23:03

İdman gimnastikası üzrə Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək

Azadsöz.az xəbər verir ki,  idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Misirin paytaxtı Qahirəyə yola düşüblər.

Bu barədə  Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Aytən Məmmədova, Duyğu Məcidzadə, Aydın Əlizadə, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Nəzrin Hümbətova, Aynaz Məcidzadə, Xədicə Abbaszadə, Leyla Məmmədzadə, Albina Alieva və Dəniz Əliyevanın yer aldığı yığma “Pharaoh’s Cup” turnirində iştirak edəcək.

Qeyd edək ki, yarış avqustun 18-dən 20-dək keçiriləcək.